Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar. Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Microsoft Azərbaycan” şirkəti ilə memorandum imzalayıb

Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar.

AzNews.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Microsoft Azərbaycan” şirkəti ilə arasında artıq uğurlu əməkdaşlıq nümunəsi var. Azərbaycan prezidentinin sərəncamına əsasən yaradılan Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası Microsoft-un Azure platformasından istifadə edir. Həmçinin, tərəflər Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün də əməkdaşlığa başlayırlar. Məhz bu səbəbdən imzalanacaq memorandum bu istiqamətdə atılan müsbət addımdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini təşkil edir. Memorunduma əsasən milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmalar aparılacaq, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflər hazırlanacaq, inkişaf proqramları hazırlanacaq, innovasiya və texnologiyanın müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri də yer alacaq.