Azərbaycanda mal ətinin qiyməti kəskin artıb. Azərbaycanda mal ətinin qiyməti kəskin artıb.

Mal ətinin qiymətində şok artım- 14 manat 80 qəpik

Azərbaycanda mal ətinin qiyməti kəskin artıb.

Şəhər sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Bakının böyük mağaza şəbəkələrindən hesab edilən “Rahat” marketdə mal ətinin qiymətidə hədsiz dərəcə artım halları müşahidə edilib. Belə ki, Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Rahat” marketdə sümüksüz mal ətinin qiyməti 14 manat 45 qəpik, sümüklü mal əti isə 10 manat 60 qəpik olub.

Bundan başqa “Neftçilər” metrostansiyanın yaxınlığındakı “Rahat” market şəbəkəsində sümüksüz mal ətinin qiyməti isə 13.50-dən 14.80-a qaldırıb.

Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Rahat” marketdən AzNews.az-a mal ətinin qiymətində artım olduğunu təsdiq ediblər.

Bahar RÜSTƏMLİ

AzNews.az