Amerikanın avtomobil istehsalçısı “Ford”un prezidenti Mark Fildz vəzifədən gedəcəyini açıqlayıb. Amerikanın avtomobil istehsalçısı “Ford”un prezidenti Mark Fildz vəzifədən gedəcəyini açıqlayıb.

“Ford”un baş direktoru istefa verdi

Amerikanın avtomobil istehsalçısı “Ford”un prezidenti Mark Fildz vəzifədən gedəcəyini açıqlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Fildzin bu addımına səbəb şirkət satışlarının və gəlirlərinin azalması, səhmlərinin 40 faiz ucuzlaşması olub.

Mark Fildz 2014-cü ildə şirkətin rəhbər vəzifəsinə qəbul olunmuşdu. İndi isə onu şirkətin digər bir əməkdaşı Ceyms Heket əvəz edə bilər.

Şirkət rəhbərliyi ötən həftə müxtəlif filiallarında işçi ixtisarlarına gedəcəyini bildirmişdi. Bu isə azı 20 min nəfərin işsiz qalması deməkdir. Bununla “Ford” qlobal işçi qüvvəsinin 10 faizini itirmiş olacaq.

İxtisar planı, “Uoll Strit Jurnalı”nın hesablamalarına görə, şirkətə 2017-ci ildə 3 milyard dollar qazandıracaq.

“Ford” şirkətinin 200 minə yaxın işçi qüvvəsi var. İşçi qüvvəsinin yarısı Şimali Amerikada fəaliyyət göstərir.

Bəxtiyar Abbasov

AzNews.az