"Çətin anlarda əlimizi öz cibimizə sala bilirik"- Araz Ağalarov

Azərbaycanlı iş adamı Araz Ağalarov nüfuzlu “Forbes” jurnalına müsahibə verib.

AzNews.az xəbər verir ki, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov müsahibə zamanı yeni ticarət mərkəzi “Veqas”ın tikilişi, Rusiyadakı iqtisadi vəziyyət və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla əlaqələrinə dair verilən sualları cavablandırıb.

AzNews.az müsahibəni təqdim edir.

-Bir il sonra Rusiyanın 11 şəhərində futbol üzrə Dünya Çempionatı keçiriləcək. Çempionatın təşkil olunacağı meydançalardan ikisini Ağalarova məxsus “Crocus Group” şirkəti tikir. Bir müddət əvvəl siz Rostovda yerləşən meydançanın 80 faiz hazır olduğunu bildirmişdiniz. Siz təkcə tikinti işlərini nəzərdə tuturdunuz, yoxsa, ümumilikdə layihəni?

-Ümumi tikinti işlərini nəzərdə tuturdum. Tikinti işlərində heç bir problem görmürəm. Meydança azsaylı azarkeş üçün nəzərdə tutulub. Biz çalışırdıq ki, meydançanın kənarından axırıncı tribunaya qədər olan məsafə 50 metri keçməsin. Bu, çox kiçik məsafədir. FİFA normaları 34 dərəcəlik meylliyə icazə verir, bizdə isə bu meyllik 32 dərəcə təşkil edir. Tribunanın istənilən nöqtəsindən meydançanı tam şəkildə görmək olur. Meydança 2018-ci il Dünya Çempionatı üçün tikilən meydançaların arasında görüş dairəsinə görə ən yaxşılar sırasındadır. Meydança yığcamdır, lakin 45 min azarkeş tutur.

-Layihəyə indiyə qədər nə qədər vəsait xərclənib?

-Büdcənin 70 faizi.

-Görülən işlərə görə borcunuz varmı?

-Təkcə görülən işlərin haqqını ödəyirik. Ödəniş qaydası bu cürdür.

-Bəs Kalininqradda tikdiyiniz meydançanın tikilişi hansı mərhələdədir? Sifarişçi də podratçıya borcludur?

-Bəli, 30 faiz. Orada vəziyyət kifayət qədər çətindir. Meydança bataqlığın üzərində tikilir. Sulu bölgəyə düşdüyümüzü anladıqda ərazini 1.7 metr hündürlüyə qaldırdıq. İstənilən halda konstruksiya dirəklərin üzərində tikilir. Hətta, hasar və kassa blokları da dirəklərin üzərindədir. Başqa cür burada tikinti aparmaq mümkün deyil. Heç kim indiyə qədər 2 il ərzində bataqlıq üzərində meydança tikməyə cəhd göstərməyib. Biz isə il yarıma tikintini başa vurduq. Bu il meydançanı təhvil verəcəyik.

-Daha bir irimiqyaslı layihə dövlətlə bağlı olan Mərkəzi Dairəvi Avtomobil Yolu layihəsidir. Siz bir müddət əvvəl bildirmişdiniz ki, yolun sizin üzərinizə düşən hissəsinin təhvil verilmə vaxtı dəyişdirilə bilər. Bu nə ilə bağlıdır?

-Maliyyə nöqteyi nəzərdən, biz 30 faiz avans almışıq. Daha sonra biz layihəni təhvil verəcəyik və bizə pulun qalan hissəsini ödəyəcəklər.

-Sizin çoxlu sayda ticarət obyektləriniz var. Bu, nisbətən stabil biznesdir. Dövlət sifarişçisi ilə çalışmaq, döşəmə yaşmağına qədər layihəni təhvil vermək üçün bu qədər əziyyət çəkmək və ya hər hansı bir üçüncü tərəflə məhkəməlik olmaq riski ilə qarşılaşmaq nəyə lazımdır?

-Təsəvvür edin ki, “Forbes”in baş redaktoru sizi sizə yad sahədən olan çətin bir adamdan müsahibə götürməyə yollayır və deyir ki, bu işi təkcə siz bacararsınız. Cavabında nə deyərdiniz? Bağışlayın, bu, mənə maraqlı deyil?

-Sizin tikinti imkanlarınız normaldır. Bu nə ilə bağlıdır?

-Çünki bizim tikinti ilə yanaşı əsas işimiz də var və çətin anlarda əlimizi öz cibimizə sala bilirik. Əgər hansısa sifarişçi layihəni qəbul etmirsə, biz ya çoxlu vaxt sərf edib layihəni yenidən işləməliyik, ya da hər hansı bir yolla vəziyyətdən çıxmalıyıq. Məsələn, mən meydançaların tikilişində sifarişçiləri təqsirləndirmirəm. Onları da fasiləsiz olaraq yoxlayırlar. İstintaq komitəsi, hesablama palatasının nəzarətində olurlar. Əgər əsas işimiz olmasa idi, elə Vladivostok layihəsindəcə iflasa uğrayardıq. Biz öz pullarımızı xərclədik və layihəni başa vurduq.

-Əgər iqtisadi vəziyyət hər gün daha da pisləşirsə, nəyə görə 3-cü ticarət mərkəzi “Veqas”ı tikirsiniz və 4-cü “Veqas”ın tikintisini planlaşdırırsınız?

-Bizim işimiz müstəsna hal təşkil edir. Sberbankın araşdırmasına görə, bizim tikinti xərclərimiz çox azdır. Həmçinin, 300 min kvadrat metr sahəsi olan “Veqas” layihəsini də biz 300 milyon dollara tamamlayacağıq. Təxminən, hər kvadrat metrə 1000 dollar xərclənəcək.

-Bu necə mümkün ola bilər?

-Biz qənaətcilik. Pulu sayırıq.

-Bütün tikintiləri Sberbank kreditləşdirir?

-Hazırkı layihəni Sberbank kreditləşdirir. Sberbank 4-cü “Veqas” layihəsini də kreditləşdirməyə hazırdır. Lakin mən hələ bu barədə qərar verməmişəm. Çünki hazırda kredit borcumuz var. Kredit öhdələyimiz, təxminən, 100 milyard rubl təşkil edir. Doğrusu, biz buna layiqik.

-İl ərzində 15 milyard rubl faiz ödəyəcəksiniz?

-Xeyir, 8 milyard ödəyəcəyik. Bizim bütün kreditlərimiz valyuta ilədir, 1.7 milyard dollar təşkil edir. 50 milyard rubl kreditimiz var idi və hər il 4 milyard rubl kredit verirdik. Bununla belə, özümüzü yaxşı hiss edirdik. “Qüllə”ni öz hesabımıza tikməyə başlamışdıq və gəlir götürməyi planlaşdırırdıq. Lakin rublun dəyəri düşdü və 50 milyardlıq kredit 100 milyard oldu. Mən valyuta ilə ipoteka götürüb ziyana düşən və tətillərə başlayan insanlara qoşulmaq istəyirdim. Lakin sonra düşündüm ki, mən başqa çəkidə olan insanam, məni başa düşməzlər (gülümsəyir).

-Siz və Dmitri Rıbolovlev, Rusiyanın iki biznesmeni, Donald Tramp biznesmen olan zaman onunla müqavilələr bağlamısınız və bunu sənədli şəkildə təsdiqləmisiniz. Hazırda ABŞ prezidenti ilə ünsiyyət saxlayırsınız?

-Biz “Dünya Gözəli” yarışmasına kimi, yarışma zaman, ondan sonra və Trampın prezident seçilməsinə qədər onunla ünsiyyətdə idik. ABŞ prezidenti ilə birbaşa ünsiyyətin mümkün olmadığına dair protokol mövcuddur.

Bəxtiyar Abbasov

AzNews.az