Qızıl ucuzlaşdı - 8 dollar

Amerika fond bazarında Dow Jones indeksi 0,37% - 22 956,96 bəndədək, S&P 500 0,18% - 2 557,64 bəndədək, NASDAQ isə 0,28% - 6 624,00 bəndədək bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,11% - 7 526,97 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,09% - 13 003,70 bəndədək, Fransa CAC-40-ı isə 0,21% - 5 362,88 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,20 dollar azalaraq 1 294,80 dollara, gümüş isə 0,15 dollar azalaraq 17,22 dollara satılıb.

AzNews.az