Neftin son qiyməti

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,01 dollar və ya 0,02% azalaraq 57,81 dollar olub.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarını gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,15% azalaraq 51,79 dollar təşkil edib.