- Köhnə - İqtisadiyyat
- 31 Oktyabr 2017 22:10
- 4 455
Neftin qiyməti 61 dolları ötüb

"Brent" markalı neftin cari ilin dekabr fyuçersləri 4 faiz artaraq bir barel üçün 61,06 dollara çatıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə 2015-ci il iyulun 3-də bir barel üçün 61 dollardan yuxarı olub.