Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycanın müraciəti müzakirə edilmiş və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunub. Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycanın müraciəti müzakirə edilmiş və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunub.

Azərbaycana qeyri-formal müşahidəçi statusu verilib

Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycanın müraciəti müzakirə edilmiş və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Bu çərçivədə, gömrük orqanları tərəfindən beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsi yolu ilə tranzitin inkişafına yönəlik aidiyyəti tədbirlər görülür.

Xüsusilə qeyd olunmalıdır ki, "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli, 1853 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması, beynəlxalq yük daşımaları zamanı risklərin təhlili vasitəsilə sərhəd-keçid prosedurlarının optimallaşdırılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrinə dair məlumatların əvvəlcədən təqdim edilməsi, elektron informasiya mübadiləsinin həyata keçirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, ümumilikdə isə xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması gömrük orqanları qarşısında qoyulan tapşırıqlardandır.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" ilə regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərin optimallaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi kimi strateji məqsədlər, Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi kimi strateji hədəflər müəyyən olunub.

Eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb beynəxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən irimiqyasli infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsi, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verəcək.

Vurğulamaq istərdik ki, beynəlxalq tranzit daşımaları zamanı inzibati sənədləşmənin və gömrük nəzarətinin asanlaşdırılması mühüm diqqət tələb edir.

Qlobal ticarətin sürətli inkişafı ticarət əməliyyatlarının sadələşdirilməsi üzrə müvafiq tədbirləri həyata keçirən səlahiyyətli qurumlardan biri olaraq gömrük orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını və yeni reallıqlara uyğunlaşdırılmasını zəruri edir.

Bu xüsusda, beynəlxalq tranzit daşımalarda malların və nəqliyyat vasitələrinin sərhəd keçidinin sadələşdirilməsi istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən beynəlxalq miqyasda qəbul edilmiş norma və standartların tətbiqi üzrə müasir təcrübənin öyrənilməsi həyata keçirilir. Hazırda Avropa regionunda yüklərin vahid tranzit proseduru altında daşınması üzrə norma və tələbləri müəyyən edən, Avropa İttifaqı (Aİ) üzv dövlətləri, eləcə də İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn, Türkiyə, Makedoniya və Serbiyanın da üzvü olduğu Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (New Computerized Transit System - NCTS) beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması üçün tətbiq olunur.

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi üçün Avropa İttifaqının Birlik Tranzitinin (Union Transit) qeyri-Aİ dövlətlərinə genişləndirilməsi hesab olunan "Ümumi Tranzit proseduru haqqında Konvensiya"ya və "Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında Konvensiya"ya qoşulmaq üçün milli qanunvericiliyin qeyd olunan tənzimləyici çərçivənin müddəalarına uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması və təkmilləşdirilməsi əsas şərtlərdəndir. Gürcüstan, Ukrayna və Moldova NCTS-ə qoşulmaya hazırlıq prosesində olmaqla, artıq sistemin tətbiqi ilə bağlı milli fəaliyyət planları çərçivəsində müvafiq islahat xarakterli tədbirlər həyata keçirirlər.

Türkiyənin 2012-ci ildən sözügedən sistemin üzvü olduğunu, yaxın zamanda isə bu sistemin Gürcüstanda tətbiqi ölkəmiz üçün yeni imkanlar yaradır. Göstərilən sistemdən istifadə tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə də imkan yaradır.

Bu sistemin tətbiqi həmçinin, Azərbaycan Respublikasında istehsal olunan, "MADE IN AZERBAIJAN" brendli malların NCTS üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışına və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaq. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli, 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1 bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə qeyd olunan konvensiyaların idarəetmə orqanı olan EU-EFTA Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanıb.

AzNews.az