145 dövlət əmlakı özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 16-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

AzNews.az Komitəyə istinadən xəbər verir ki, hərraca 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsi olmaqla 145 dövlət əmlakı çıxarılacaq.

Imlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək lazımdır:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3096

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - “Bərdə Tikinti Quraşdırma”, “Ağdaş Quşçuluq”, “İsmayıllı Təmir Tikinti”, “Yevlax Yük Avtonəqliyyat”, “Sabirabad Təmir-tikinti” və s. var.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri də paytaxtla yanaşı İsmayıllı, Salyan, Neftçala, İmişli, Ağcabədi, Yevlax və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 9 - 4 386 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən “Əmlak Kompleksi”dir. Qeyd edilən obyektin torpaq sahəsi 89 min kv.m-dən çoxdur. Ümumi faydalı sahəsi 1 min 350 kv.m olan, paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 36-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 14 -547 kv.m arasında dəyişir.

Yeni hərracda özəlləşdirilməyə çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə tanış olmaq üçün isə aşağıdakı keçiddən istifadə etmək olar: