Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Energetika Nazirliyinin nəzdində yaradılmış Enerji Məsələlərini Tənzimlənmə Agentliyinin nizamnamə fondu cəmi 1 000 manat olacaq. Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Energetika Nazirliyinin nəzdində yaradılmış Enerji Məsələlərini Tənzimlənmə Agentliyinin nizamnamə fondu cəmi 1 000 manat olacaq.

Azərbaycanda yeni yaradılan agentliyin nizamnamə fondu 1 000 manat olacaq

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Energetika Nazirliyinin nəzdində yaradılmış Enerji Məsələlərini Tənzimlənmə Agentliyinin nizamnamə fondu cəmi 1 000 manat olacaq.

“Report” xəbər verir ki, bu barədə Agentliyin nizamnaməsində bildirilir.

Sənəddə həmçinin bildirilir ki, yeni qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin ödədikləri haqlardan, Agentliyin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Agentlik “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlər göstərməsinə (hüquqi hərəkətləri həyata keçirməsinə) görə həmin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur. Bu dövlət rüsumunun ölkə prezidenti tərəfindən müəyyən edilmiş hissəsi qurumun fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə hesabına köçürülür.

AzNews.az