- Köhnə - İqtisadiyyat
- 8 Mart 2018 15:38
- 2 327
Azərbaycan nefti 0,2% ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,13 dollar və yaxud 0,20% azalıb.
AzNews.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,45 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.