İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Rumıniya Azərbaycanda yeraltı qaz anbarlarının tikintisində maraqlıdır

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Rumıniya arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.

Bu ilin martında ölkəmizə səfər etmiş Rumıniyanın baş nazirinin müavini Ana Birçalla görüşünü xatırladan nazir Ş.Mustafayev görüş çərçivəsində bir sıra məsələlərin müzakirə edildiyini vurğulayıb. Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 2017-ci ildə 70%, 2018-ci ilin ilk 3 ayında isə 3 dəfə artdığını vurğulayan iqtisadiyyat naziri sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən “Elektron kənd təsərrüfatı” sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Azərbaycanın nəqliyyat-tranzit potensialına və bu sahədə Rumıniya ilə əməkdaşlıq imkanlarına toxunan Şahin Mustafayev bu ilin fevralında Çində Azərbaycanın tranzit imkanlarına dair təqdimatın keçirildiyini qeyd edib. Belə tədbirlər davamlı olacaq və Rumıniya da birgə təqdimata qoşula, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan, o cümlədən Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından istifadə edə bilər.

Dan İanku isə öz növbəsində, ölkəsinin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Rumıniya "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə yükdaşımalarda maraqlıdır. Rumıniyanın energetika sektorunda SOCAR-ın rolunu diqqətə çatdıran səfir "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Azərbaycanda yeraltı qaz anbarlarının tikintisində ölkəsinin maraqlı olduğunu bildirib. Vurğulanıb ki, Rumıniya kiçik və orta sahibkarlıq, qida təhlükəsizliyi sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşə, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq edə bilər. Səfir Azərbaycanın qida təhlükəsizliyi sahəsində Rumıniyanın təcrübəsindən Avropaya məhsul ixracında istifadə oluna biləcəyini də qeyd edib.

Səfir mayın 9-da Bakıda keçiriləcək “Gələcəyin limanları: mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” beynəlxalq konfransında Rumıniyanın Dəniz Limanları Administrasiyasının rəhbərliyinin də iştirak edəcəyini diqqətə çatdırıb və dəvət üçün təşəkkür edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın növbəti iclasının, bu çərçivədə biznes forumun keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə Müştərək Komissiyanın 5-ci iclasının və növbəti Azərbaycan-Rumıniya biznes forumunun iyulun 2-3-də Buxarestdə keçirilməsi barədə razılığa gəlinib.