- Köhnə - İqtisadiyyat
- 20 May 2018 20:49
- 4 305
Yanvar-apreldə hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,8 faiz artıb
2018-ci ilin yanvar-aprel ayında hava nəqliyyatı ilə 648,8 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz çox sərnişin daşınıb.
AzNews.az istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,5 faiz artaraq 70,4 min tona çatıb.