Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin ümumi məbləği məlum olub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin ümumi məbləği məlum olub.

Neft Fondunun idarəetməyə verilən aktivlərinin həcmi 4,1 milyard dollara çatdı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin ümumi məbləği məlum olub.

ARDNF-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci il yanvarın 1-nə Fondun xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin məbləği 4,069 mlrd. dollar təşkil edib ki, bu da ARDNF-nin aktivlərinin 11,4%-i həcmindədir.

“”Dünya Bankı” (“World Bank”) tərəfindən idarə olunan vəsaitlərin məbləği 228 milyon dollar (ARDNF-nin aktivlərinin 0,6%-i), “Deutsche Bank Advisors” tərəfindən 104 milyon dollar (ARDNF-nin aktivlərinin 0,3%-i), “UBS Asset Management” tərəfindən 1,598 milyard dollar (ARDNF-nin aktivlərinin 4,5%-i), “State Street Global Advisors” (SSgA) tərəfindən 1 493 milyon dollar (ARDNF-nin investisiya portfelinin 4,2%-i), “Mellon Capital Management” tərəfindən 332 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i), “BlackRock Investment Management” tərəfindən idarə olunan vəsaitlərin məbləği isə 315 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i) təşkil edir,” – deyə məlumatda qeyd olunub.

AzNews.az