Brent markalı neft ucuzlaşdı

"Brent" neftinin qiyməti 74 dollardan aşağı düşüb

AzNews.az-ın məlumatına görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 3 faiz aşağı düşərək bir barel üçün 73,71 dollar təşkil edib.

bu, Londonun "ICE" birjasında keçirilən hərracların nəticəsində məlum olub.

Neftin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin 5 iyun tarixində 74 dollardan aşağı olub.