Qazaxıstanın Mangistau vilayətində yerləşən və neft-qaz sahəsi üçün nasos istehsalı ilə məşğul olan sex öz məhsulunu Azərbaycana tədarük edəcək. Qazaxıstanın Mangistau vilayətində yerləşən və neft-qaz sahəsi üçün nasos istehsalı ilə məşğul olan sex öz məhsulunu Azərbaycana tədarük edəcək.

Qazaxıstan Azərbaycana yeni məhsul ixrac edəcək - Foto

Qazaxıstanın Mangistau vilayətində yerləşən və neft-qaz sahəsi üçün nasos istehsalı ilə məşğul olan sex öz məhsulunu Azərbaycana tədarük edəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, sex artıq Xəzəryanı ölkələrdən sifarişlərin qəbuluna başlayıb:

“Azərbaycanla artıq müqavilə bağlanıb və yerli şirkətlə böyük bir layihə var. Məhsul yeni yataq üçün istehsal olunacaq”.

İnvestor Məhəmməd Raziyev bildirib ki, əvvəlcə ildə min nasos istehsal etmək planlaşdırılır:

“Azərbaycan üçün avandanlıq tam hazırdır. Bundan başqa, yeni layihə üçün sifarişlər almışıq. Onlar üçün avadanlıqlar hazırlanır”.