Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 710,8 mln. manat təşkil edib. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 710,8 mln. manat təşkil edib.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 710,8 mln. manat təşkil edib.

AzNews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,1% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 5,2% artıb, ötən il iyunun 1-nə nisbətən isə 1,7% azalıb.

Mayın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,3% təşkil edib. Bu nisbət aprelin sonuna 14,5%, ötən ilin sonuna 13,8%, ötən il mayın sonuna isə 11,8% təşkil edib.