- Köhnə - İqtisadiyyat
- 2 İyul 2018 18:36
- 4 055
Təxirə salınan Bakı-Moskva aviareysi üzrə uçuş bərpa edildi - Foto (Yenilənib)
Təxirə salınan Bakı-Moskva aviareysi üzrə uçuş həyata keçirilib.
AzNews.az Report-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirilməli olan, lakin təxirə salınan 852 saylı Bakı-Moskva aviareysi uçuş həyata keçirib.
Qeyd edək ki, "Boing-767" markalı təyyarədə texniki nasazlığın yaranması səbəbindən uçuş təxirə salınmışdı.
***
14:43
Bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva aviareysi 8 saat gecikmə ilə yerinə yetiriləcək.
“APA-Economics”in məlumatına görə, texniki səbəblər ilə əlaqədar olaraq qeyd edilən reysin uçuşu 18:00-a qədər yubanır.
Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.
AzNews.az