Azərbaycan qazının Avropadakı istehlakçıları bu qazı müəyyən olunmuş müddətdə və tam həcmdə alacaqlar. Azərbaycan qazının Avropadakı istehlakçıları bu qazı müəyyən olunmuş müddətdə və tam həcmdə alacaqlar.

Avropada Azərbaycan qazı vəd verilən vaxtda və həcmdə olacaq - SOCAR

Azərbaycan qazının Avropadakı istehlakçıları bu qazı müəyyən olunmuş müddətdə və tam həcmdə alacaqlar.

Trend-in məlumatına görə, bunu “Moskva-Baku” nəşrinə müsahibədə SOCAR vitse-prezidentinin investisiyalar və marketinq üzrə müavini Vitali Bəylərbəyov deyib.

V.Bəylərbəyov qeyd edib ki, Transanadolu qaz kəmərinin (TANAP) işə salınması və Cənubi Qafqaz qaz kəməri və TANAP vasitəsilə Türkiyəyə kommersiya qazı tədarükünün başlanması “Cənub Qaz Dəhlizi”nin işə salınmasının rəsmi tarixləridir:

““Şahdəniz” yatağından qaz tədarükünün başlaması bu layihəyə cəlb olunan bütün ölkələr üçün vacib əhəmiyyət daşıyır. Bu, həmçinin bizim avropalı tərəfdaşlarımız üçün də vacibdir. Onlar görür ki, planlaşdırdığımız bütün işlər və “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın götürdüyü bütün öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilir. Bu, bizə tam əminliklə deməyə imkan verir ki, bu layihənin digər hissələri də, yəni TANAP qaz borusunun Yunanıstan sərhədinədək və Transadriatik qaz kəmərinin (TAP) tikintisi vaxtında başa çatdırılacaq. Bizim qazın Yunanıstan, Bolqarıstan və İtaliyadakı istehlakçılarımız qazı müəyyən olunmuş vaxtda və tam həcmdə alacaqlar”.

AzNews.az