Azərbaycanda “Azərxalça” ASC-nin daha 10 filialının açılması nəzərdə tutulur. Azərbaycanda “Azərxalça” ASC-nin daha 10 filialının açılması nəzərdə tutulur.

“Azərxalça”nın filialları artırılacaq - Sumqayıtda yeni fabrik tikilir

Azərbaycanda “Azərxalça” ASC-nin daha 10 filialının açılması nəzərdə tutulur.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu “Azərbaycanda xalçaçılığın perspektivləri və nailiyyətləri” adlı konfrans zamanı müəssisənin İdarə heyətinin sədri Vidadi Muradov deyib.

Onun sözlərinə görə, artıq filialların tikintisi aparılır və eyni zamanda Sumqayıt Kimya Sənaye parkının ərazisində əyirici-boyaq fabrikinin tikintisi davam edir:

“Bugünkü gün ölkədə “Azərxalça”nın 10 filialı mövcuddur və bu filiallarda 830 nəfər işləyir. Bütün filiallar öncül avadanlıqla təchiz olunub.”

Qeyd edək ki, hazırda “Azərxalça”nın filialları Horadiz, Quba, Xaçmaz, Tovuz, Qazax, Ağstafa, Qəbələ, İsmayıllı və digər rayonlarda fəaliyyət göstərir.