Son dövrlərdə liranın dollar qarşı kursunun aşağı düşməsi Türkiyədən əlavə xarici ölkələrdə də geniş rezonan doğurub. Türkiyə rəsmiləri məzənnədəki kəskin dəyişimi “dolların hücumu” adlandıblar. Ancaq lirənin kəskin ucuzlaşmasının heç şübhəsiz iqtisadi əsasları da var. Bəs, bu hücumu təşkil edə bilmək üçün ABŞ Türkiyəyə qarşı hansı amillərdən bəhrələnir? Son dövrlərdə liranın dollar qarşı kursunun aşağı düşməsi Türkiyədən əlavə xarici ölkələrdə də geniş rezonan doğurub. Türkiyə rəsmiləri məzənnədəki kəskin dəyişimi “dolların hücumu” adlandıblar. Ancaq lirənin kəskin ucuzlaşmasının heç şübhəsiz iqtisadi əsasları da var. Bəs, bu hücumu təşkil edə bilmək üçün ABŞ Türkiyəyə qarşı hansı amillərdən bəhrələnir?

Türkiyəyə qarşı “dollar hücumu”nun iqtisadi pərdəarxası - Günel Musayeva şərh edir

Son dövrlərdə liranın dollar qarşı kursunun aşağı düşməsi Türkiyədən əlavə xarici ölkələrdə də geniş rezonan doğurub. Türkiyə rəsmiləri məzənnədəki kəskin dəyişimi “dolların hücumu” adlandıblar. Ancaq lirənin kəskin ucuzlaşmasının heç şübhəsiz iqtisadi əsasları da var. Bəs, bu hücumu təşkil edə bilmək üçün ABŞ Türkiyəyə qarşı hansı amillərdən bəhrələnir?

AzNews.az-ın bu sualını Türkiyədə təhsil almış və oxuduğu universitetdə “Qızıl beyin” ödülünə layiq görülmüş Günel Musayeva cavablandırır.

Onun sözlərinə görə, Türk lirəsinin dəyər itirməsi və iqtisadiyyatın belə qarışıq hal alması gözlənilən imiş: Aşağıdakı qrafikə baxdığımızda lirəyə təsir edən amilləri görə bilərik. Bu amillər ABŞ iqtisadi böyüməsinin gözlənən dəyərin üstündə olması, TR böyüməsinin gözlənilənin altında olması, maliyyə və pul islahatlarının effektiv olmaması və əsas təsir edən amil olaraqsa, investorlardaki lirə ilə bağlı düşüncə, yanaşma tərzidir.

Açıqlamaq üçün deyim ki, xarici investorlar Türkiyə kimi inkişaf etməkdə olan bazarlara yüksək faiz səbəbiylə kapital qoyurlar. Yəni normalda riski yüksək olan bölgənin təklif etdiyi faiz göstəricisi yüksək olmalıdır ki, investor riski qarşısında müəyyən mənada özünü kompensasiya edilmiş hiss etsin. Bəzən daha riskli olan yer bir müddətdən sonra daha karlı görünməməyə başlayır. Türkiyədə hüquq sistemi və müstəqil fəaliyyət göstərməli olan iqtisadi qurumların azadlığı şübhə altına alınmışdı. Çünki dini dünyagörüşə və seçkilərə bağlı olaraq faiz artımında Mərkəzi Bank gecikmələr edirdi və marketin gözləntisinin altında artımlar müşahidə edilirdi ki, bunu da market yaxşı qiymətləndirmirdi. Ölkədə maliyyə stabiliyinə əsas təsir edən amil siyasi stabillikdir ki, qonşu ölkələrlə sözlü yaşanan narazıçılıqlar, devrim planı və s. bir çox beynəlxalq qurumun Türkiyə üçün müəyyənləşdirdiyi kredit notunu aşağı saldı. S&P kredit notunu BB dən BB- , Fitch BB+dan BByə endirdi. Nəticədə investorlar durmadan riski artan bir yerə investisiya qoymaq yerinə mövcud kapitalını çəkmək istəyir. ABŞ-la yaşanan son problemləri də nəzərə alsaq, yüklü miqdarda lirə satışı da lirəni daha da dəyərdən salıb.

Nigar CƏFƏR
AzNews.az