- Köhnə - İqtisadiyyat
- 17 İyul 2013 21:49
- 3 240
Azərbaycanda internet nə qədər ucuzlaşıb?
Beləliklə, son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb. Ölkədə internetin inkişafını son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatması da əyani sübut edir.
Ölkədə telekommunikasiya və internet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanda internetin inkişafını şərtləndirir.
Son 5 ildə internetin qiymətinin 12,5 dəfə azalması beynəlxalq internet kanalının tutumunun da 12,9 dəfə artmasına səbəb olub. Bununla yanaşı, müvafiq dövr ərzində internet xidmətləri bazarının həcmi də 4 dəfə böyüyüb. Ölkədə internetin inkişafı həm də ölkənin kompüterləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır.
Yeri gəlmişkən qeyd edək ki, 2012-ci ilin yekunları üzrə aparılmış statistik müayinənin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub.
AzNews.az