Yeddi milyon avroluq müqavilə imzalandı

"Unqena-Yassa" qaz kəməri tikintisinin maliyyələşdirilməsi ilə bağlı müqavilə imzalanıb.


AzNews.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, avqustun 8-də Avropa Ittifaqının maliyyələşdirdiyi, yeddi milyon avro həcmində "Unqena-Yassa" qaz kəmərinin tikintisi haqqında qrant müqaviləsi "Rumıniya- Moldova –Ukrayna 2007-2013" Birgə Əməliyyat Proqramının menecmentliyinə məsul struktur və Rumıniya Milli Mineral Ehtiyatlar Agentliyi tərəfindən imzalanıb.

Bu məlumatı Moldova Respublikası hökumətinin mətbuatla əlaqələr idarəsindən verriblər. Müqaviləyə görə, Moldova Respublikası qaz nəqli şəbəkələrinin qarşılıqlı qoşulmasına görə üç milyon avro əldə edəcək.

Avqustun 27-də işlərə başlanması nəzərdə tutulub. Tədbirdə Moldova Respublikasının Baş naziri Yurie Lyanke və Rumıniya hökumətinin sədri Viktor Ponta iştirak edəcəklər.

2013-cü ilin sonunadək işlərin yekunlaşdırılması planlaşdırılır.


AzNews.az