Sərnişindaşıma bahalaşıb- Statistika

Dövlət Statistika Komitəsi 2013-cü ilin oktyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb.


2013-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb. Statistikaya görə yükdaşıma tarifləri 3,4 faiz ucuzlaşıb.

Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4 faiz ucuzlaşıb, tranzit üzrə 4,0 faiz, ixrac və idxal üzrə isə 0,2 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2 faiz bahalaşma müşahidə olunub.

Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5 faiz ucuzlaşma müşahidə edilib.

AzNews.az