"Bank əmanətlərinin verilməsi dekabrın 31-də başa çatır" "Bank əmanətlərinin verilməsi dekabrın 31-də başa çatır"

Maliyyə Nazirliyindən sovet əmanətləri ilə bağlı elan

"Bank əmanətlərinin verilməsi dekabrın 31-də başa çatır"




Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi 31 dekabr 2013-cü il tarixində başa çatır.

Maliyyə Nazirliyindən verilən məlumata görə, birdəfəlik ödəmənin alınması üçün "Kapital Bank" ASC-nin filiallarına 31 dekabr 2012-ci il tarixinə qədər müraciət etmiş vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunub.

Məlumata görə, fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək gəlib almayıblar.

Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il 31 dekabr tarixində başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Kommissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət etməyə çağırır.

AzNews.az