Vergilər naziri: “Əməkhaqlarını kartla almağı tələb edin”


"Azərbaycanda nəğdsiz ödənişlərin stimullaşdırılması ilə bağlı ölkədə POS-terminalların sayı artıb".


AzNews.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Vergilər Forumu çərçivəsində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təqribən son bir il ərzində Azərbaycanda banklar və Vergilər Nazirliyi ilə birlikdə 30 mindən çox POS-terminal qurlaşdırılıb:

"Bu il ərzində Bakı, Sumqayıt, Gəncə, Naxçıvan Muxtar Respublikası olmaq şərti ilə respublikanın bütün rayon mərkəzlərində, obyektlərdə təqribən 70-90 min arası POS-terminalın qurlaşdırılmasını qarşımıza qoymuşuq. Bu proses banklarla birgə reallaşdırılacaq".

Nazir bununla bağlı ictimayyətədə də müraciət edib:

"Burada ictimayyətin də köməyi çox vacibdir. Burada vətəndaş fəallığına ehtiyac var. İşçilər çalışmalıdırlar ki, çalışdıqları yerlərdə öz əməkhaqlarını kartla almağı tələb etsinlər. Bunun üçün sahibkarlar da işçilər üçün şərait yaratmalıdırlar".

Amid Əyyuboğlu
AzNews.az