- Köhnə - İqtisadiyyat
- 5 Mart 2014 11:18
- 3 733
ABŞ Azərbaycana 12,7 milyon dollar ayıracaq

Trend-in Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci ildə ABŞ Azərbaycana 12,7 milyon dollar maliyə yardımı ayıracaq.
Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkotik maddələrin ticarətinə qarşı mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə qismində ayrılacaq.
Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək.
AzNews.az