Yeni dərs ili ərəfəsində Azərbaycanda geyim bahalaşıb. Yeni dərs ili ərəfəsində Azərbaycanda geyim bahalaşıb.

Yeni dərs ili ərəfəsində geyim də - Bahalaşdı

Yeni dərs ili ərəfəsində Azərbaycanda geyim bahalaşıb.



Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, bu ilin avqust ayında geyim istehsalı üzrə bahalaşma 4,5 faiz olub.

Bundan başqa, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,4 faiz bahalaşıb.

Həmçinin əczaçılıq məhsullarının istehsalı və mebel istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşma qeydə alınıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

2014-cü ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,8 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb.

Amid
AzNews.az