- Köhnə - İqtisadiyyat
- 17 Sentyabr 2012 14:11
- 3 071
Mübariz Mənsimovdan milyonluq anlaşma
"Palmali Holdinq" Rusiyanın "Lukoyl" şirkəti üçün 120 milyon dollara 3 neft tankeri tikəcək. Bu məqsədlə "Palmali Holdinq" ilə iş adamı İşsan Kalkavanın sahibi olduğu Beşiktaş tərsanəsi arasında müqavilə imzalanıb. "Lukoly" şirkəti bu tankerlərlə 2005-ci ildə Xəzər dənizində tapılan və 2020-ci ilə qədər ən azı 16 milyon ton neft çıxarılacağı proqnozlaşdırılan "Yuri Kachirgin", "Filanovsky" platformalarından neft daşınması üçün istifadə ediləcək.
Qeyd edək ki "Palmali Holdinq" son illər Türkiyədə gəmi inşaatı sektoruna 1 milyard dollar sərmayə qoyub. 150 tankerə sahib "Palmali Holdinq" Rusiya və Azərbaycan xam neftinin dəniz yolu ilə daşınmasında önəmli paya malikdir.
AzNews.az