- Köhnə - İqtisadiyyat
- 19 Sentyabr 2012 14:31
- 2 793
İstehlakçıların aldadılması faktının qarşısı alındı
Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mağazada endirim tətbiq olunması barədə reklam verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanıb.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunub. Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət etmələri xahiş olunur.
AzNews.az