Prezidentin saat kolleksiyasının qiyməti 260 min dollardır Prezidentin saat kolleksiyasının qiyməti 260 min dollardır

Prezidentin bahalı saat kolleksiyası “Facebook”da

Prezidentin saat kolleksiyasının qiyməti 260 min dollardır



Məşhur ukraynalı fotoqraf Vlad Sodel öz Facebook səhifəsində prezident Viktor Yanukoviçin saatlarından ibarət kolleksiyanı təqdim edib. Foto müəllifinin bildirdiyinə görə, söhbət 2006-2012-ci illərdə fatokameranın obyektivinə düşən saatlardan gedir.

Prezidentin qolundakı ən bahalı saat İsvecrə istehsalı olan "Patek Philippe Mens Grand Complications 5970 G 5970G-001" saatıdır. Bu saatın qiyməti 107-165 min dollar civarındadır.

İkinci yerdə qiyməti 27-32 min dollar olan "Vacheron Constantin Patrimony Contemporaine 81180/000P-9332" saatı durur. Yanukoviçin kolleksiyasında IWC, Zenith, Blancpain i Porsche Design markasından olan saatlar da yer alır.

Foto müəllifinin sözlərinə görə, prezidentin saat kolleksiyasının qiyməti 260 min dollardır. Lakin bu ancaq fotokameranın obyektivinə düşən saatların qiymətidir.

E.Əlosmanqızı
AzNews.az