Litva qiymətlərin artırılmasından və adil olmamasından narazıdır Litva qiymətlərin artırılmasından və adil olmamasından narazıdır

Litva hökuməti “Qazprom”u məhkəməyə verdi

Litva qiymətlərin artırılmasından və adil olmamasından narazıdır



Litva hökuməti Rusiyanın "Qazprom" şirkətinə qarşı iddia qaldırıb. AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, Litva tərəfi ödənişlərin adil olmamasından narazıdır.

Belə ki, Litva tərəfi Stokholm arbitrajında sübut etməyə çalışacaq ki, 8 il ərzində, "Qazprom"a 1.45 milyard avro vəsait ödəyib və bu, qiymətlər ədalətli deyil. Litvanın Energetika naziri Arvidas Syakmokas jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya şirkəti qaz nəqlinə görə qiymətləri 2004-cü il razılaşmasını pozaraq bir tərəfli qaydada artırıb. "2004-cü ildən 2012-ci ilə qədər mavi qaz ödənişləri əhəmiyyətli dərəcədə artıb, özü də 2004-cü il razılaşmasına görə zidd olaraq".

Qeyd edək ki, hüquqşünaslar bildirirlər ki, iddia yaxın vaxtlarda arbitraja təqdim ediləcək. O, ki, qaldı iddiaya baxılması məsələsinə, ekspertlər hesab edirlər ki, şahidlərin cəlb edilməsi və mütəxəssislərin dindirilməsi baxımından məhkəmə prosesi 1 ildən artıq sürəcək.

Sadiq Musa
AzNews.az