İsveçrə Azərbaycana 70 milyon dollar qrant verdi

"Azərbaycan İsveçrə üçün prioritet ölkədir". Bunu İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyinin Cənubi Qafqaz üzrə regional direktor müavini Matias Feldman bildirib.

Onun sözlərinə görə, son 10 ildə İsveçrə Azərbaycana qeyri-neft sektorunun inkişafı üçün 70 milyon dollar qrant verib. Azərbaycan hökumətinin dəstəyini hər zaman hiss etdiyini deyən Feldman ölkədə korporativ idarəetmə sahəsində uğurların əldə ediləcəyinə inandığını bildirib: "Bu sahədə təcrübənin tətbiqi Azərbaycanda özəl və maliyyə sektoruna 130 milyon dollarlıq investisiya cəlb edilməsinə səbəb olub".

Elnarə Əlosmanqızı
AzNews.az