“Qaqarin” körpüsü təmirdə

Bakıda dəmir yolu üzərində yerləşən Cavanşir yolötürücüsünün (keçmiş Qaqarin körpüsü) təmirinə başlanılıb.

AzNews.az "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən xəbər verir ki, 1962-ci ildə inşa olunan yolötürücüsündə bu günə qədər əsaslı təmir işləri aparılmayıb.

Qeyd edək ki, uzun müddət istismarda olan 12 aşırımlı yolötürücüsünün ümumi uzunluğu 203 m, eni isə 17 metrdir. Hazırda dayaqların və rigellərin gücləndirilməsi işləri gedir.

Sevinc Fədai
AzNews.az