“Neftin bir barelinin qiyməti minimum həddə çatıb”. “Neftin bir barelinin qiyməti minimum həddə çatıb”.

"Neftin qiyməti minimum həddinə çatıb" - Vahid Ələkbərov

“Neftin bir barelinin qiyməti minimum həddə çatıb”.


AZNEWS.AZ xəbər verir ki, bu sözləri Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

"Mən hesab edirəm ki, neftin qiyməti özünün minimum həddinə çatıb. Artıq qazma işlərinin həcmini artıra bilmirik. Qiymət bazara öz təsirini göstərib", - deyə azərbaycanlı iş adamı vurğulayıb.

Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti 2014-cü ilin yayından başlayaraq 100 dollardan 50 dollara enib.

Ekspertlər "qara qızıl"ın ucuzlaşmasını bazarda bu məhsula olan tələbatın azlığı ilə əlaqələndirirlər.