Qonşu ölkədə Azərbaycan manatı möhkəmlənir Qonşu ölkədə Azərbaycan manatı möhkəmlənir

İran Azərbaycandan asılı vəziyyətə düşür

Qonşu ölkədə Azərbaycan manatı möhkəmlənir



İranda ABŞ dollarının kursunun riala nisbətən artması bu ölkədə Azərbaycan manatına olan tələbatı artırıb. Xüsusən Güney Azərbaycanda ticarət müəssisələrində artıq Azərbaycan manatı ilə alış-veriş etmək nəinki mümkündür, hətta buna üstünlük verilir. Son zamanlar ticarət məqsədilə Azərbaycandan İrana səfərlərin artması mağaza sahiblərinin bu imkandan yararlanmasına şərait yaradıb.

Lakin mağaza sahibləri ölkədə xarici valyuta ilə ticarətin qadağan olunduğunu əsas gətirərək, manatla aparılan alış-verişin gizli həyata keçirildiyini bildirirlər.

Azərbaycan manatından istifadə edən digər peşə sahibləri isə həkimlərdir. Onlar Azərbaycandan müayinə və müalicə məqsədilə gedən şəxslərdən bu xidmətlər müqabilində rial yox, manat ödənilməsini istəyirlər. Əvvəllər həkim müayinəsi bəzi sahələr istisna olmaqla 25 min tümən olduğu halda, hazırda bunun üçün 20 manat, təqribən 50 min tüməndən çox pul tələb edilir.

Alpər
AzNews.az