Mərkəzi Bankın ehtiyatları azaldı – 1,1 milyard

Azərbaycan Mərkəzi Bankınnın (AMB) valyuta ehtiyatları azalıb.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı AMB yayıb.

Bu ilin aprel ayının yekunlarına görə, Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 387,9 milyon dollar təşkil edib. Bu, mart ayının yekunları ilə müqayisədə 1 milyard 84,2 milyon dollar və ya 11,45% azdır.

Cari ilin əvvəlinə nisbətən isə azalma isə 39,03% olub.