Ünvanlı sosial yardım alan imkansız ailələrə təyinat müddətinin usadılması gözlənilir Ünvanlı sosial yardım alan imkansız ailələrə təyinat müddətinin usadılması gözlənilir

İmkansız ailələrə şad xəbər

Ünvanlı sosial yardım alan imkansız ailələrə təyinat müddətinin usadılması gözlənilir



Ünvanlı sosial yardım alan imkansız ailələrə təyinat müddətinin usadılması gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, artıq bununla bağlı aidiyyəti orqanlara təkliflər göndərilib.

Məlumatda bildirilir ki, araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. (Olaylar.az)

Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilib. Nazirlikdə hesab edirlər ki, bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur-vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaq.

AzNews.az