“Avropa Oyunları zamanı istər ictimai nəqliyyatın, istər taksilərin, istərsə də "ekspres" avtobusların işi dəqiqləşdirilmiş qrafik üzrə həyata keçiriləcək”. “Avropa Oyunları zamanı istər ictimai nəqliyyatın, istər taksilərin, istərsə də "ekspres" avtobusların işi dəqiqləşdirilmiş qrafik üzrə həyata keçiriləcək”.

“Bakıda 140 avtobus marşrutu ləğv edilib” – Rəsmi açıqlama

“Avropa Oyunları zamanı istər ictimai nəqliyyatın, istər taksilərin, istərsə də "ekspres" avtobusların işi dəqiqləşdirilmiş qrafik üzrə həyata keçiriləcək”.


AzNews.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyat 20 saatlıq iş rejimində çalışacaq:
"İctimai nəqliyyatın iş rejimi Oyunlar zamanı idmançılara, akkreditasiya olunan şəxslərə və bileti olan tamaşaçılara xidmət göstərəcək "ekspres" avtobusların iş rejiminə uyğunlaşdırılacaq. Əsas məqsəd Avropa Oyunları zamanı insanlara normal xidmət göstərməkdir. Nəzərə almaq lazımdır ki, Avropa Oyunları zamanı 1 milyondan artıq insana xidmət göstəriləcək. Ona görə də işimizi elə qurmalıyıq ki, nə vətəndaşlarımız, nə idmançılar, nə rəsmi qonaqlar, nə də turistlər bizdən və işimizdən narazı qalsınlar. Ona görə də artıq gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk".

N.Həsənov qeyd edib ki, hər bir avtobusun hərəkəti, hansı metro stansiyasına getməsi və dayanması Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən dəqiq izlənəcək: "170-ə yaxın marşrutun 134-ü Mərkəzin monitorları ilə izlənilir, amma metronun 9 stansiyasından yarış arenalarına gedən "ekspres" avtobusların hər biri ayrıca izlənəcək".

Nazirliyin sözçüsü bəyan edib ki, əvvəlki günlərə, aylara nisbətən ictimai nəqliyyatın işi daha mütəşəkkil qaydada tənzimlənəcək: "Bakıda 310 avtobus marşrutu var idi. Təkmilləşmə və optimallaşdırma proqramı çərçivəsində onların sayını təxminən 170-dək ixtisar etdik. Son iki həftə ərzində isə həm Avropa Oyunları ilə bağlı, həm də ümumiyyətlə, şəhərdə sıxlığı və marşrutlardakı paralelliyi aradan qaldırmaq üçün bir neçə marşrut ləğv edildi, bir neçəsinin xətti qısaldıldı, digərlərinki uzaldıldı. Bu proses bundan sonra da davam edəcək. Yaxın günlərdə isə həm Beynəlxalq Avtovağzal istiqamətində, həm də metronun "Qara Qarayev", "Neftçilər" stansiyaları və digər istiqamətlərdə avtobusların hərəkət sxeminə yenidən baxacağıq. Lakin Oyunlardan sonra bəzi marşrutların əvvəlki qrafikinin bərpa ediləcəyi istisna edilmir. Oyunlar zamanı hansı yolların bağlanacağı, hansı marşrutların dəyişdirildiyi barədə əhaliyə mütəmadi məlumat veriləcək. "Oyunlar zolağı" olan yerdə hərəkət təbii ki, məhdudlaşdırılacaq, amma bir neçə yolda "Oyunlar zolağı" istisna olmaqla, ictimai nəqliyyatın hərəkəti maneəsiz davam edəcək. Əsas məqsədimiz odur ki, Oyunlar vaxtı yalnız ictimai nəqliyyatdan istifadə edilsin".