Dövlətin pensiya xərclərinə ayıracağı vəsaitlər - Açıqlandı

Büdcədən 2016-cı il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 36,1% olmaqla (əvvəlki illə müqayisədə 8,6%-bənd çox), 5 867,9 mln. manat vəsait proqnozlaşdırılıb.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2016-cı ilin büdcə proqnozunda bildirilir.

Bu da 2015-ci illə müqayisədə 41,9 mln. manat və ya 0,7% çoxdur.

2016-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 1 milyard 896,6 mln. manat vəsait proqnozlaşdırılıb.

Nazirlik bildirib ki, 2016-cı ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 mln. manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə pensiya təminatı ilə bağlı qarşıda duran vəzifələrin həllinə, 555,5 mln. manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə yönləndiriləcək.