"Neft bölməsinin ildən-ilə kiçildiyi şəraitdə, eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolunu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik olan dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyətinin tərkibindən çıxarılması düzgün yanaşmadır". "Neft bölməsinin ildən-ilə kiçildiyi şəraitdə, eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolunu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik olan dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyətinin tərkibindən çıxarılması düzgün yanaşmadır".

Müxalifətçi iqtisadçıdan Prezidentin sərəncamına dəstək

"Neft bölməsinin ildən-ilə kiçildiyi şəraitdə, eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolunu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik olan dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyətinin tərkibindən çıxarılması düzgün yanaşmadır".


AzNews.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu prezident İlham Əliyevin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncamı ilə bağlı "Facebook" səhifəsində yazıb.

Qubad İbadoğlu prezidentin bu sərəncamını dəstəklədiyini bildirib: "Dəmir yolu xidmətlərinin genişləndiyini, Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutlar üzrə regional tranzit daşımalarında Azərbaycan dəmir yollarının iştirakının və bununla əlaqədar bu sistemdə yük və sərnişin daşınmalarının həcminin genişləndiyini, eləcə də digər nəqliyyat infrastrukturları ilə dəmiryolu arasında rəqabətli mühitin təmin edilməsinin zəruriliyini əsas götürərək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncamı təqdir edirəm.

Fikrimcə, bu cür qərarlar davam etməli, təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan digər strukturlar, o sıradan da "Avtonəqliyyatservis"in də Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılması yolu bu sahədə dövlət idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Çünki, bu halda nəqliyyat sferasında ayrı-ayrı həlqələr arasında rəqabətli mühit yaratmaqla və ondan qaynaqlanan keyfiyyətli nəqliyyat xidmətləri göstərməklə, həmin sistemdə izafi xərc tutumuna malik olan struktur elementlərini özəlləşdirmək, mövcud vəsaitlərdən daha səmərəli istifadə edib həm təsərrüfat fəaliyyətini təkmilləşdirmək və həm də dövlət büdcəsinə daha çox töhfə vermək olar".


Qeyd edək ki, sentyabrın 18-də prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

Sevinc Yasinqızı
AzNews.az