Bu məmurlar viza verilməsi də dayandırılır Bu məmurlar viza verilməsi də dayandırılır

Rusiyalı məmurların Avropadakı bank hesabları dondurulur

Bu məmurlar viza verilməsi də dayandırılır



Avropa parlamenti rusiyalı məmurlara qarşı viza verilməsini dayandırır. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məmurlara viza məhdudiyyətinin qoyulması Britaniyanın İnvestisiya Fondunun auditoru Sergey Maqnitskinin öldürülməsi və yüksək rütbəli şəxslərin qətldə sifarişçi kimi günahlandırılması ilə bağlıdır.

Verilən məlumata görə, artıq qətnamə səs çoxluğu ilə qəbul olunub. Bundan əlavə, qətnamədə qətldə şübhəli bilinən şəxslərin Avropadakı bank hesablarının dondurulması da nəzərdə tutulub. Qətlin motivi və istintaqın gedişindən də Avropa parlamentariləri narazıdırlar.

Onlar hesab edirlər ki, qətldə icraçı və sifarişçi qismində iştirak edən şəxslər bilərəkdən cinayət işindən uzaq saxlanılır. Eyni zamanda Rusiyada azad məhkəmə sisteminin olmaması da qətnamədə kəskin tənqid edilir.

Sadiq Musa
AzNews.az