İqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Bankın rezervlərinin azalmasının səbəblərini açıqlayıb. İqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Bankın rezervlərinin azalmasının səbəblərini açıqlayıb.

Mərkəzi Bankın rezervləri niyə azaldı? – Ekspert şərhi

İqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Bankın rezervlərinin azalmasının səbəblərini açıqlayıb.


O, AzNews.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın rezervlərinin azalmasının birinci səbəbi qurumun uzunmüddətli məzənnə siyasətinə malik olmamasıdır: "Ona görə də əvvəlki pul-kredit və valyuta-məzənnə siyasətini davam etdirməklə qısa müddətli dövrdə manatın sabitliyini inzibati müdaxilə ilə saxlamaqda israrlıdır.

İkincisi, Mərkəzi Bank hələ də inanır ki, neftin qiyməti bahalaşacaq və əvvəlki kimi Azərbaycana neft və neft məhsullarının ixracatından valyuta daxil olacaq. Üçüncüsü, məzənnə siyasətinə münasibətdə hökumət daxilində birmənalı münasibət yoxdur, fərqli yanaşmar var. Bu səbəblər siyasətlə bağlıdır.

Valyuta rezervlərinin azalmasının nədən baş verdiyini isə belə izah etmək olar:

1. Əhali, iş adamları manata inanmır və yığış və digər əməliyyatlarını dollarla aparmağa üstünlük verir. Bu da valyutaya tələbatı artırır.

2. Ölkəyə daxil olan valyutanın həcmində bu ilin 9 ayında əvvəlki illə müayisədə 2 dəfəyədək azalma baş verib.

3. İnvestorlarda milli iqtisadiyyatın perspektivləri şübhə doğurduğundan onlar kapitallarını xaricə transfer etməklə başqa iqtisadiyyatlara sərmayə qoyurlar".

Q.İbadoğlu hesab edir ki, manat indiki göstəriciləri ilə üzən məzənnə siyasətinə hazır deyil: "Ona görə də onun üçün keçid dövrü lazımdır. Odur ki, üzən məzənnə siyasəti ilk növbədə hədəfə çevrilməlidir və bu halda ikinci devalvasiya üzən məzənnə siyasətinə keçid dövrünün tədbiri kimi həyata keçirilə bilər".

Bahar RÜSTƏMLİ
AzNews.az