İnternetlə alış-veriş edənlərin sayı artıb – Azərbaycanda

Azərbaycanda həyata keçirilən elektron ticarət dövriyyəsinin həcmi artıb.


AzNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) tərəfindən aparılan hesablamalara görə, cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib. Belə ki, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi isə qeyri-ərzaq məhsullarının payına düşüb.

Sevinc YASİNQIZI
AzNews.az