Dolların bahalaşmasının - Səbəbləri

“Dolların bahalaşması daxili və xarici amillərlə bağlıdır”.


Bunu AzNews.az-a açıqlamasında millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, manatın kəskin və hiss olunacaq dərəcədə dollara nisbətdə ucuzlaşması üçün Azərbaycanın ödəniş balansı mənfi olmalıdır: "Hazırda isə bu balans müsbətdir. Deməli, ən fundamental məsələ budur ki, Azərbaycanın balansı müsbət olduğuna görə manatın dollara nisbətdə ucuzlaşmasının iqtisadi əsası yoxdur.

İkincisi, bizim xarici dövlətlərə satdığımız aldığımızdan azdır. Burada da manatın uzuclaşması üçün ciddi problem yoxdur.

Üçüncüsü, ümumilikdə dünyada dolların bahalaşması prosesi gedir".


Ə.Məsimli qeyd edib ki, dolların bahalaşmasında əsas 2 amil rol oynayır: "Bir tərəfdən Amerika iqtisadiyyatında baş verən müsbət meyllər dolların bahalaşmasına gətirib çıxardır, digər tərəfdən isə federal ehtiyat sistemi elan edib ki, uçot dərəcəsində dəyişikliklər olunacaq. Bu dəyişikliyin də psxoloji təsiri müəyyən dərəcədə inflyasiya gözləntilərində və başqa ölkələrə nisbətən valyutaların dəyişməsində, eləcə də Azərbaycan manatında özünü göstərir".

Deputat onu da əlavə edib ki, ilin sonuna kimi Rusiya rublunda müəyyən dərəcədə ucuzlaşma olacaq: "Amma bu artım haradasa 5- 6 rubldan artıq olmayacaq. Bunların hamısını bir yerə toplayanda baxırsan ki, manatın dollara nisbətdə dəyişməsinə əsaslar var".

Bahar RÜSTƏMLİ
AzNews.az