“Mərkəzi Bank bu qərarı məcburiyyətdən verib və onun müəyyən etdiyi kurs valyuta birjasının müəyyən etdiyi kursun arxasınca sürünəcək”. “Mərkəzi Bank bu qərarı məcburiyyətdən verib və onun müəyyən etdiyi kurs valyuta birjasının müəyyən etdiyi kursun arxasınca sürünəcək”.

“Mərkəzi Bank dolların kursunu bazara görə təyin edəcək” – İqtisadçı şərhi

“Mərkəzi Bank bu qərarı məcburiyyətdən verib və onun müəyyən etdiyi kurs valyuta birjasının müəyyən etdiyi kursun arxasınca sürünəcək”.


Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev Mərkəzi Bankın xarici valyutanın alış və satış məzənnələrinin banklar tərəfindən müəyyənləşdirilməsi ilə bağlı qərarına münasibətində bildirib. Onun sözlərinə görə, ölkənin valyuta bazarının tələbi çox olsa da təklifi ümumiyyətlə, yoxdur: "Son zamanlar Mərkəzi Bankdan banklara valyuta birjasında belə tələb olunan səviyyədə dollar satışı yoxdur. Valyutadəyişmə məntəqələri ilə onların müəyyən etdiyi kurs arasında fərqlilik hiss olunur. Həm də proses "qara bazar"a doğru sıçrayış etdi. Görünür, Mərkəzi Bank "qara bazar"ın qaşsısını almaq üçün valyutadəyişmə birjasına sərbəstlik verib. Ona görə ki, proseslər leqal formada baş versin, hər şey nəzarətdə saxlanılsın".

Azər Mehdiyev Mərkəzi Bankın bu addımının nəticələri barədə də danışıb: "Mərkəzi Bankın müəyyən etdiyi kursla valyutadəyişmə birjasının müəyyən etdiyi kurs arasında ciddi bir fərq olacaq. Mərkəzi Bankın müəyyən etdiyi kurs valyuta birjasının müəyyən etdiyi kursun arxasınca sürünə bilər. Tənzimlənən, üzən kurs sözü dəyişəcək, onlar deyəcəklər ki, bazarlarda kurs qalxıb, ona görə də Mərkəzi Bank bu kursa uyğun olaraq, manatın məzənnəsini aşağı salacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az