- Köhnə - İqtisadiyyat
- 8 Yanvar 2016 19:41
- 6 449
Valyutadəyişmə məntəqələri bağlanacaq

Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.
AzNews.az xəbər verir ki, ölkənin bank bazarındakı mənbə Trend-ə bildirib ki, bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq.