"Prezidentin müşavirədə çıxışı zamanı qeydlər aparmışam. 14 təklif ortaya çıxıb. Həm təxirəsalınmaz proqramlar, həm də orta proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir”. "Prezidentin müşavirədə çıxışı zamanı qeydlər aparmışam. 14 təklif ortaya çıxıb. Həm təxirəsalınmaz proqramlar, həm də orta proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir”.

Deputatdan dollar kreditləri ilə bağlı - Yeni təklif

"Prezidentin müşavirədə çıxışı zamanı qeydlər aparmışam. 14 təklif ortaya çıxıb. Həm təxirəsalınmaz proqramlar, həm də orta proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir”.


Bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

O, əhalinin banklardan dollarla aldığı kreditlərin qaytarılması məsələsinə də toxunub: "Azərbaycanda çox az adam var ki, krediti olmasın.

Bizə də çoxlu sayda müraciətlər var. 5 min manata qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar.

Çünki 10 min manata qədər krediti olan şəxs bunu devalvasiyadan sonra 2-3 qat artığına qaytarmalı olacaq. Bunu isə qaytarmaq mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir".


Spiker Oqtay Əsədov isə deyib ki, komitənin toplantısında da kiçik kreditlər məsələsi qaldırılıb. Lakin bunların hamısını birdən həll etmək olmaz: "Gəlin qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar".

Modern.az