- Köhnə - İqtisadiyyat
- 22 Yanvar 2016 23:44
- 4 396
Neftdən xoş xəbər - Qiymət artmaqda davam edir
Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qiymət artımı özünü daha çox WTI markalı neftdə göstərir. Belə ki, hazırda WTI-nin bir barreli 32 dollardan da yuxarı qiymətə-32,06 dollara satılır.
Brent markalı neftdən də sevindirici xəbər var. Belə ki, bu markada qiymət 8,62% qalxıb. Hazırda Brent-in bir barrelinin qiyməti 31,88 dollarda qərarlaşıb.
Qeyd edək ki, bu səhər neftin qiyməti 30 dollara qədər qalxmışdı.