Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və manatın devalvasiyasından sonra bir çox şirkətlər kütləvi ixtisarlara başlayıb. Şirkət rəhbərləri gəlirlərin azalmasını səbəb göstərərək onlarla insanı işdən çıxarır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və manatın devalvasiyasından sonra bir çox şirkətlər kütləvi ixtisarlara başlayıb. Şirkət rəhbərləri gəlirlərin azalmasını səbəb göstərərək onlarla insanı işdən çıxarır.

Şirkət sahiblərinin ixtisarlarına mane olmaq üçün – 3 təklif

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və manatın devalvasiyasından sonra bir çox şirkətlər kütləvi ixtisarlara başlayıb. Şirkət rəhbərləri gəlirlərin azalmasını səbəb göstərərək onlarla insanı işdən çıxarır.


Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda məsələyə toxunaraq sahibkarları işçiləri işdən çıxarmamağa səsləyib.

Bəs şirkət sahibləri işçiləri ixtisara salmamaq üçün hansı addımları atmalıdır?

İqtisadçı-alim Qubad İbadoğlunun bununla bağlı təklifləri var. İqtisadçı AzNews.az-a açıqlamasında bildirib ki, müəssisənin idarə olunması barədə qərarlar onun cari maliyyə vəziyyətinə uyğun tənzimlənir: "Yəni indiki vəziyyətdə bu gözləniləndir. Börhan dövründə ən çox struktur işsizliyi yaranır. Tənəzzülə uğrayan müəssisələrin dəyişən xərclərini ixtisar etmək məcburiyyəti işizliyi çoxaldır".

Q.İbadoğlu şirkət sahiblərinin və iş adamlarının ixtisara məcbur iolmaması üçün dövlət orqanlarının bu məsələyə dəstək verməsinin vacib olduğunu söyləyib: "Əvvəla iş yerlərinin açılmasını stimullaşdıran iqtisadi siyasət yeridilməli, yeni iş yerlərinin açılması, vergi güzəştləri ilə təşfiq olunmalıdır.

İkincisi, əmək haqqı gəlirlərindən vergilər və sosial sığortalar aşağı salınmalıdır.

Nəhayət üçüncüsü, dövlətin işizlərə dəstək siyasətinə yenidən baxılmalı və onlara yaşayış minumumuna uyğun müavinətlər verilməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az